Rusiya Polşa və digər ölkələrə qarşı hava hücumları planlaşdırıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Varşavada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra bildirib.
“Son məlumatlar, Rusiyanın yalnız Polşaya deyil, digər ölkələrə qarşı da hava yolu ilə terror aktları planlaşdırdığına dair qorxuların doğruluğunu təsdiq edir", – Tusk mətbuat konfransında bildirib.