Zibil qutusuna atılacaq əşyalar arasından tapılan "Harri Potter və fəlsəfə daşı"nın ilk nəşri hərraca çıxarılıb.Missiya.Az xəbər verir ki, kitabın 40 min funt sterlinq (83 min manat) müqabilində satılacağı bildirilib.Kitab ilk nəşrindən çıxan 500 nüsxədən biridir. Onlardan 200-ü kitab mağazalarına, 300-ü (tapılan nüsxə onlardan biridir) isə kitabxanalara paylanılıb. Mətndəki səhvlər kitabın tanınmasında əsas rol oynayıb. Kitabın ilk səhifəsinə karandaşla 2 funt sterlinq yazılıb ki, bu da onun satıldığı qiymətdir. Həmçinin, üz qabığında “filosof” sözündə səhvə yol verilib. Sözdə “o” hərfi əskik olub. Hərracdan bildirilib ki, 20 ildir rəfdə saxlanılan kitab əla vəziyyətdədir, yeni kimidir.Kitabın noyabrda daha bir nüsxəsi tapılıb, o isə hərracda 42 min funt sterlinqə (87 142 manat) satılıb. Daha öncə də ilk nəşrləri satışa çıxarılıb.
Zərintac MayisqızıMissiya.Az