EN

"Hürriyyət"in yazısına Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən REAKSİYA

Hurriyyet.az saytında dərc olunan “ERMƏNİLƏR AYAĞINDAN GÜLLƏLƏDİYİ ÜÇÜN PENSİYA ALIRDI, AMMA... - Laçın sakini pensiyasının kəsilməsinə etiraz edir”  sərlövhəli yazıya Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən cavab verilib.

Xatırladaq ki, Ağdam rayonunun Çəmənli kənd sakini 4 ildir ki, pensiyasının kəsilməsindən şikayətlənirdi.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovun cavabını olduğu kimi dərc edirik:

"Ağcabədi rayon sakini 20.09.1976-ci il təvəllüdlü Qələndərov İlqar Vahid oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 2 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma-88 göndərişi rəsmiləşdirilməyib.

Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. 

Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək".

Aynurə MUSTAFAYEVA

Chosen
13
hurriyyet.az

1Sources