Hurriyyet.az saytında dərc olunan "ƏRAZİDƏ ÜFUNƏTDƏN "BAŞ ÇATLAYIR"" - Beyləqan sakinləri kanalizasiya problemindən şikayətçidir “ sərlövhəli yazıya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən reaksiya verilib.
Xatırladaq ki, Beyləqan rayon sakinləri kanalizasiya problemindən şikayətlənirdi.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin cavabını olduğu kimi dərc edirik:
"Qeyd olunan ünvanda kanalizasiya tutulması baş verib. Məsələ ilə bağlı qəza briqadası əraziyə baxış keçirib. Tullantı su xəttinin fəaliyyətinin bərpası istiqamətində işlərə başlanılacaq".
Aynurə MUSTAFAYEVA
Hurriyyet.az