EN

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alınıb

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindənölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlananMultimonitorinq Planının icrası davam etdirilir.

Agentlikdən Trend-ə verilənməlumata görə, ticarət şəbəkələrində satılan bal məhsullarınıntəhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən etmək üçün 50bal məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub.

Nümunələrin sınaq nəticəsinə əsasən 23 bal məhsulunda hər hansıuyğunsuzluq aşkarlanmayıb, 9 istehsalçıya məxsus 27 bal məhsulupartiyasında uyğunsuzluqlar müəyyən edilib.

Aşkar edilmiş uyğunsuzluqlarla bağlı istehsalçı müəssisələrdəplandandankənar yoxlama aparılıb və məhsul partiyalarının ticarətşəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərarlarqəbul olunub. Eyni zamanda, həmin müəssisələrdən ikisindəməhsulların etiket məlumatlarında nöqsan aşkar edildiyinə görəsahibkarlar inzibati məsuliyyətə cəlb edilib. Aparılan nəzarəttədbirləri zamanı müvafiq rəy əsasında istehlaka yararsız 1560kiloqram bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya vəməhv edilib.

Bu sahədə araşdırmalar davam etdirilir.

Uyğunsuzluq aşkarlanan bal məhsulları, istehsalçılar vəistehlaka yararsız məhsul partiyaları ilə bağlı məlumatla AQTA-nınsaytında tanış olmaq mümkündür.

Məqalədə:
Chosen
11
12
az.trend.az

10Sources