İspaniyanın \"Sevilya\" klubu \"Marcet\" akademiyasına seçilən bir neçə azərbaycanlı futbolçunu izləyir.
Bunu ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov \"Mingəçevir\" futbol klubu ilə tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
O, detallar barədə danışmayıb:
\"Sirrləri çox açmaq istəmirəm. Ümumiyyətlə, bəzi azərbaycanlı futbolçuların Avropada oynamasını istəyirik\".
Rafael Bunyatov İspaniyanın \"Barselona\" klubuna məxsus olan qapıçı Eldar Tağızadənin icarə əsasında \"Tudelano\"da çıxış etdiyini xatırladıb.
///report