EN

Almaniya Müdafiə Nazirliyi məşhur sosial şəbəkədən istifadəni dayandırır

Almaniya Müdafiə Nazirliyi yanvarın 15-dən etibarən “X” sosial media hesabında paylaşımları dayandıracaq.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə nazirliyin bəyanatında qeyd edilib. Bu qərarın səbəbi arqument mübadiləsinin çətinliyi kimi göstərilib.

“Müdafiə Nazirliyi 2025-ci il yanvarın 15-dən etibarən “X” platformasında nazirliyin kanalını dayandıracaq və yaxın gələcək üçün bundan sonra orada aktiv şəkildə mesajlar yerləşdirməyəcək”, - bəyanatda deyilir.

QAZİLER.AZ

Chosen
7
qaziler.az

1Sources