Bakının nəqliyyat sistemində mühüm əhəmiyyətə malik "Ukrayna dairəsi"nə yaxın dayanan ağır texnikalar yolda sıxlığın yaranmasına səbəb olur.
Xezerxeber.az-ın məlumatına görə, sürücülər bildirirlər ki, təmir işlərindən sonra burada yaranan sıxlıqla yanaşı, həmin texnikaların yolun bir zolağını tutması maşınların hərəkətini çətinləşdirir.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ərazidə nəqliyyatın hərəkətinə mane olan texnikalar barədə araşdırma aparılaraq əlavə məlumat veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.