Xatırladaq ki, sözügedən futbolçuyla “1,5+1 il” şərtiylə müqavilə bağlandı. Burda diqqəti cəlb edən əsas məqam, demək olar ki, bütün azarkeşlərin transferdən narazı qalmasıdı.
“Football-plus.az” klubun rəsmi “feysbuk” hesabında yeni legioner elan olunandan sonra yazılan bəzi qeydləri təqdim edir.
Kənan Hənifəyev:
“Oshonun kitablarını mütaliə edən, Litvada logistik şirkətdə çalışıb asudə vaxtında futbol oynayan, ruhən həvəskar, müqavilə üzrə peşakar olan “gündoğar ölkə”nin turist nümayəndəsini salamlayıram”.
Sənan İsaqov:
“Ümid edirəm ki, kafel-metlax ustası deyil”.
Natiq Məmmədov:
“Öz liqamızda aşağı pillələrdə olan komandaların seçilən legionerlərini bəyənməyib iddianıza uyğun saymadığınız halda, Litva və bu tipli ölkələrin sonuncu sırada olan kollektivlərinin oyunçuları transfer etmək geriyə addım atmaq və vaxt itkisidi”.
Vüqar Cəliloğlu:
“Bunun əvəzinə “Neftçi-2”dən futbolçu götürsəydiz, daha yaxşı olardı”.
Vüqar Mehdizadə:
“Buna deyirlər transfer xətrinə transfer”.
“Bakısız qalan bakılı”: “Hamı gedir quş gətirir, Şahqulu bayquş gətirir”.
“Bakısız qalan bakılı”: “Hamı gedir quş gətirir, Şahqulu bayquş gətirir”.
Ramil Vaqifoğlu:
“Litvanın ən zəif komandasının oyunçusu “Neftçi”yə heç vaxt xeyir verə bilməz. Belə futbolçular bizim məhəllədə çoxdu. Vallah, elə yaxşı oynayırıq ki...”
Fərid Məmmədzadə:
“Neftçi” 1-ci liqa üçün hazırlığa erkən başlayır”.
Seymur Sadıxov:
“Qvardiolamız bəyənibsə, deməli, yaxşı olacaq”.
Ceyhun Əli:
“Bu qədər pulun varsa, Litva çempionatından oyunçu almaq ayıbdı”.
KƏNAN BAHADIR