EN

İlham Əliyevdən mühüm mesaj: Bakı üçün yeni imkan var

Prezident İlham Əliyevin yanvarın 13-14-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri xüsusi diqqət çəkdi.

Dövlət başçısının səfər çərçivəsində BƏƏ Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşündə bir sıra vacib məsələlər müzakirə olundu. Həmçinin Azərbaycan Prezidentinin dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi həftəsində iştirakı da mühüm məqam kimi qiymətləndirilir.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi BMT Baş Assambleyasının müvafiq qətnamələri ilə təsdiqlənən, insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığını təmin edilməsinə təkan verəcək beynəlxalq platformadır:

“Platforma həm də dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndənin iştirak etdiyini nəzərə alsaq, bu mötəbər platformanın nə qədər mühüm əhəmiyyətə malik olduğunu vurğulaya bilərik.

Azərbaycanın belə bir beynəlxalq tədbirə dəvət olunması isə şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun, qlobal inkişafın dayanıqlılığı ilə bağlı olan proseslərdə önəmli rola malik olmasının göstəricisidir”.

Elcin mirz%C9%99b%C9%99yli

Elçin Mirzəbəyli

Deputat bildirib ki, sözügedən platformanın bir çox vacib istiqamətləri var:

“Əbu-Dabi Dayanıqlılıq Həftəsinin beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi ən önəmli tərəflərindən biri qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə proqramları və sözügedən istiqamətlərdə qarşılıqlı əməkdaşlığı təşviq etməsidir. Dayanıqlılıq Həftəsi Azərbaycan üçün də prioritet təşkil edən, sənayedə bərpa olunan enerjinin tətbiqi və bu istiqamətdə qarşılıqlı sərmayələrin təşviqi baxımından da mühüm əhəmiyyətə malikdir.

Dövlət başçısının BƏƏ prezidenti ilə müzakirəsində yer alan məqamlar da ölkəmizin bərpa olunan enerji resurslarından, xüsusilə də külək və günəş enerjisi hasilatını və ixracını getdikcə daha da artırmağı və şaxələndirməyi hədəflədiyini sübuta yetirir. Bu isə öz növbəsində qlobal enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artırılması istiqmətində fasiləsiz səylərin göstərildiyini və məqsədli şəkildə əlverişli hüquqi, iqtisadi baza formalaşdırıldığını təsdiqləyir”.


Telegram kanalımız
Chosen
7
yenisabah.az

1Sources