İsrail Təhlükəsizlik kabineti Qəzza razılaşmasını təsdiqləmək üçün toplanacaq. Bu barədə Manset.az "Kan" dövlət teleradio şirkətinə istinadən xəbər verir. Qeyd edilir ki, kabinetin toplantısı yanvarın 16-da səhər saatlarında baş tutacaq. Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub. Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.