EN

ŞOK: “Flamenqo”dan Juninyoya qadağa – özündən ilk açıqlama!

Juninyo Braziliyada qadağayla üzləşib.

“Football-plus.az” xəbər verir ki, bu haqda “Globo” nəşri məlumat yayıb. Braziliyalı həmkarlarımız yazır ki, “Flamenqo” sözügedən futbolçunun mətbuata açıqlama və ya müsahibə verməsini qadağan edib. Buna səbəb oyunçunun hələ bu klubla müqavilə imzalamaması olub.

Hücumçuyla bağlı məhduddiyyət media nümayəndələrini məyus edib. Daha doğrusu, Juninyonu hava limanında qarşılayıb təəssüratlarını öyrənmək istəyən jurnalistlər “Flamenqo” rəsmilərinin xəbərdarlığıyla üzləşdiyindən istəklərinə çata bilməyiblər. Klub həmkarlarımızdan anlayışlı olmağı xahiş edib. Olavio həmkarlarımızın yanından keçərkən yalnız bu ifadələri işlədib:

“Burda olduğuma görə çox xoşbəxtəm”.

İş orasındadı ki, Juninyonun yalnız klubun rəsmi “Fla TV” “yutub” kanalına eksklüziv müsahibə verməsinə şərait yaradılıb. Həmin müsahibə tezliklə yayınlanacaq.

KƏNAN BAHADIR
Chosen
20
football-plus.az

1Sources