EN

Ərdoğandan atəşkəsə REAKSİYA


Qəzzanın qəhrəman xalqını və igid oğullarını hörmətlə salamlayırıq.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğn Qəzzada atəşkəslə bağlı danışarkən deyib. 

"Qəzzə torpaqlarını mübarək qanları ilə sulayan bütün şəhidlərimizi rəhmətlə yad edir, atəşkəs razılaşmasının xeyirli olmasını Allahdan diləyirəm. Ümid edirik ki, saziş davamlı sülh və sabitliyə qapı açacaq. Biz fələstinli qardaşlarımızı zülm və istibdadla mübarizədə bir an belə tək qoymamışıq. Qəzzanın yaralarını sağaltmaq üçün bütün imkanlarımızı səfərbər edəcəyik", - deyə Türkiyə lideri qeyd edib. 


Chosen
8
1
news24.az

2Sources