EN

“Devid fantastik sevgili idi...” - Foto

İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhemin adı xəyanətdə hallanan, keçmiş sevgilisi olduğu iddia edilən hollandiyalı Rebekka Luz açıqlamaları ilə yenidən gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, keçmiş model “El Mundo” nəşrinə verdiyi eksklüziv müsahibədə Bekhemin “Real Madrid”də oynadığı illərdə münasibətlərinin yaranmasından danışıb.

“Devid fantastik sevgili idi… Biz çox yaxşı anlaşırdıq və çox yaxın idik”.

Fotoda Rebekka Luz

Luzun dediyinə görə, o, Bekhem ailəsində köməkçi və dayə işləyib. Onun vəzifəsi Viktoriyaya Madridə uyğunlaşmaqda kömək etmək olub. Ancaq getdikcə onun ailədəki rolu artıb:

“Səhər gördükləri ilk adam mən idim. Mən gün üçün planlar təklif edirdim”, - deyə Rebekka bildirib.

Fotoda Luz və Viktoriya Bekhem

Rebekka münasibətdən danışarkən, ilk görüşlərinin aktyor Xavyer Bardemin ailəsinə məxsus restoranda olduğunu və diqqəti cəlb etməmək üçün sabiq futbolçunun avtomobilinin baqajında gizləndiyini deyib.

Onun sözlərinə görə, bu münasibət ictimaiyyətə məlum olduqdan sonra sərt tənqid və hətta təhdidlərlə üzləşib. O, baş verənləri isə belə izah edir: 

“İspanlar evli kişinin sevgilisi olmasını normal hesab edirdilər. İngiltərədə o, favorit olduğu üçün mənə nifrət etdilər. Hollandiyada isə sevinmişdilər, onların Devidlə yeganə əlaqəsi mən idim”.

Bekhemin vəkillərinin davamlı təhdidlərinə baxmayaraq, o, heç vaxt böhtan ittihamı ilə məhkəmə qarşısına çıxarılmayıb. Luz Avropada qalmaq və çoxsaylı şoularda öz həqiqətlərini müdafiə etmək qərarına gəlib.

Rebekka və Devid haqqında söz-söhbətlər futbol dünyasının ən səs-küylü qalmaqallarından birinə çevrilib. Viktoriya və sabiq futbolçu bunu unutmağa çalışsalar da, hekayə yenidən gündəmə gəlir.

Qeyd edəd ki, Rebekkanın hazırda 46 yaşı var və yoqa müəllimi işlədiyi Norveçdə yaşayır.

Xatırladaq ki, ötən ilin oktyabrında Viktoriya Bekhem ərinin xəyanəti ilə bağlı ilk dəfə susqunluğunu pozub. O, “Netflix”in “Bekhem” sənədli filmində Devidin 2003-cü ildə mümkün xəyanətinə görə yaşadıqları kabusdan və çətin günlərdən danışıb.

Devid və Viktoriya 1997-ci ildə tanış olublar. Cütlük 1999-cu ildə Viktoriyanın 22, Devidin isə 21 yaşı olanda evləniblər. Toy mərasimi İrlandiyanın Dublin şəhərində baş tutub. Cütlüyünün Bruklin, Romeo, Kruz və Harper adlı uşaqları var.




Chosen
6
qafqazinfo.az

1Sources