EN

30 ildir həsrətini çəkdiyim doğma Cəbrayıla qayıdışdan böyük arzu ola bilməz - İsayev Məhəmmədəli

Bakı. Trend:

30 ildir həsrətini çəkdiyim doğma yurdum - Cəbrayıla qayıdışdanböyük arzu ola bilməz.

Bunu Trend-əaçıqlamasında Cəbrayıl sakini İsayev Məhəmmədəli deyib.

Onun sözlərinə görə, ötən 30 ildə hər gecə yuxusunda Cəbrayılıgörür və hər gün bu günü gəlib-çatmasını gözləyib.

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığıversin.

Allah Prezidentimizi, dövlətimizi, xalqımızı qorusun.

Mən bu gündən artıq sevincli gün tanımıram. Həyatımda bu günüsözlə ifadə edə bilmirəm. O torpaqları gördükdən sonra artıq arzumyoxdur", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30mindən çox insan yaşayır.

Chosen
5
az.trend.az

1Sources