EN

Yaponiyada nəhəng zəlzələ gözlənilir

Yaponiyada 8-9 maqnitudalı nəhəng zəlzələnin olacağı barədə ehtimallar artmaqdadır.

Teleqraf.com xəbər verir ki, yapon hökumətinin seysmik aktivliklə bağlı araşdırma-hesabatında belə deyilir.

Yaxın 30 il ərzində bu cür nəhəng zəlzələnin baş vermə ehtimalının 80 faiz olduğu bildirilir. Hesablamalara görə, bu fəlakət 323 min nəfərin ölümünə səbəb ola bilər. Analitiklərin fikrincə, 40 il müddətində belə zəlzələnin olma ehtimalı 90 faiz, 50 ildə isə 90 faizdən artıqdır.


Müəllif: Teleqraf.com
Chosen
8
teleqraf.com

1Sources