EN

Netanyahu Tramp və Baydenə təşəkkür edib

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və hazırkı prezident Co Baydenə telefon danışıqlarında Qəzza zolağı ilə bağlı razılığın əldə olunmasında göstərdikləri köməyə görə təşəkkür edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

İsrailin baş naziri “bütün girovların istənilən yolla qaytarılmasına sadiqliyini vurğulayıb” və Trampın Qəzzanın bir daha terror üçün təhlükəsiz sığınacaq olmamasını təmin etmək üçün ABŞ-ın İsraillə birlikdə çalışacağına dair sözlərini alqışlayıb.

Netanyahu və Tramp tezliklə Vaşinqtonda görüşmək barədə razılığa gəliblər.

Ofis Netanyahunun Baydenlə çox isti söhbətini qeyd edib.

Baş nazir girovlarla bağlı razılığa gəlməyə kömək etdiyinə görə prezidentə də təşəkkür edib, lakin söhbətin digər təfərrüatları açıqlanmayıb.

Chosen
18
ucnoqta.az

1Sources