EN

Bu il qlobal neft tələbinin artacağı gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il qlobal neft tələbinin sutkada 1,054 milyon barel artacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft hasilatının ötən ilin dekabr ayında əvvəlki aya nisbətən gündəlik təxminən 20 min barel artaraq 103 milyon 530 min barelə çatdığını bildirib.

IEA-nın 2024-cü ilin dekabr ayına dair neft bazarı hesabatına görə, ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft təchizatı əvvəlki aya nisbətən gündəlik təxminən 220 min barel artaraq 27 milyon 430 min barel olub.

Bu dövrdə xam neftdən başqa digər qeyri-ənənəvi OPEC istehsalı isə gündəlik 5 milyon 620 min barel olaraq qeydə alınıb. Beləliklə, OPEC-in ümumi neft təchizatı ötən ay gündəlik 33 milyon 60 min barel təşkil edib. Bu, əvvəlki ayın səviyyəsindən gündəlik təxminən 230 min barel yüksəkdir.

OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı isə həmin dövrdə gündəlik təxminən 220 min barel azalaraq 70 milyon 470 min barel təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
8
3
banco.az

4Sources