EN

Ərdoğandan Qəzzadakı atəşkəs barədə açıqlama

HƏMAS və İsrail arasında atəşkəs razılaşmasını alqışlayırıq. Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. Ərdoğan sosial media hesabında Qəzzada atəşkəslə bağlı paylaşım edib. O bildirib ki, Türkiyə həmişə fələstinlilərin tərəfində olub. Ərdoğan bundan sonra da Qəzza xalqına dəstəyin davam etdiriləcəyini ifadə edib.

Ərdoğan, “Fələstin Müqavimət Hərəkatı HƏMAS ilə İsrail arasında razılaşma ilə başa çatan atəşkəs danışıqlarını alqışlayırıq. Ümid edirik ki, razılaşma fələstinli qardaşlarımız, bölgəmiz və bütün bəşəriyyət üçün faydalı olacaq və davamlı sülh və sabitliyin qapısını açacaq. Öz azadlığını cəsarətlə müdafiə edən Qəzzanın qəhrəman xalqını və igid oğullarını hörmətlə salamlayırıq” - deyə bildirib.

Chosen
7
1
metbuat.az

2Sources