Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yenidən qurulan Cəbrayıl şəhərinə yola salınıb. Yeniavaz.com xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 32 ailə – 153 nəfər köçürülüb.