EN

Süni intellekt artıq insanın prototipini də yarada biləcək

Süni intellekt hər hansı bir insanın surətini sadəcə 2 saat sərf edərək 85 faiz oxşar şəkildə yarada bilir. Burada söhbət insanın görünüşünün, səsinin deyil, müxtəlif vəziyyətlərdə həqiqi prototipinin, xarakterik xüsusiyyətlərinin nüsxələnməsindən gedir.

AzEdu.az xəbər verir ki, "Google" şirkətinin və Stanford Universitetinin tədqiqatçıları bu barədə araşdırma aparıblar və araşdırmanın nəticələri "arXiv" platformasında paylaşılıb.

Ortaya belə bir sual çıxır: tarix boyu böyük mütəfəkkirlərin, şairlərin barəsində düşündüyü, kainatın ən sirli, əsrarəngiz varlığının – insanın süni intellektli surəti necə yaradıla bilər?

Təcrübə zamanı 1000 nəfərdən ibarət qrupa şəxsi təcrübələri, həyati dəyərlər, sosial məsələlərlə bağlı sualları cavablandırmaq tapşırılıb. İştirakçılar fərqli situasiyalarda necə qərar verdikləri dəyərləndirən məntiq oyunları da oynayıblar.

Təcrübə iştirakçılarının keçdikləri testlər süni intellektə təqdim edildikdə o, cavabları 85 faiz dəqiqliklə təkrarlayıb.

Belə bir təcrübənin aparılmasının məqsədi aydındır. Bu üsulla bir insanın necə davrana biləcəyini, məsələn, müəyyən yeni qanunlara, ictimai kampaniyalara, sosial siyasətdəki dəyişikliklərə necə reaksiya verəcəyini aydınlaşdırmaq olar. Hətta seçki kampaniyalarında kimə səs verəcəyini də əvvəlcədən təxmin etmək olar.

Təbii ki, süni intellekt texnologiyasının bu qədər inkişafı şəxsi məlumatların oğurlanması, müxtəlif məqsədlərlə sui-istifadə edilməsinə gətirib çıxara bilər. Buna görə də alimlər bu cür texnologiyaların hazırlanması və istifadəsinə ciddi nəzarətin zəruri olduğunu vurğulayırlar. 

Chosen
4
azedu.az

1Sources