1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində qeydə alınıb.
İmişli rayonu, Qızılkənd kənd sakini 1998-ci il təvəllüdlü Elçin Natiq oğlu Heydarlının idarə etdiyi "Mercedes" markalı avtomobil 1988-ci il təvəllüdlü Hörmət Nüsrət oğlu Nurullayevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.