Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb.
Axar.az xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində qeydə alınıb.
İmişli rayonu, Qızılkənd kənd sakini 1998-ci il təvəllüdlü Elçin Natiq oğlu Heydarlı idarə etdiyi “Mersedes" markalı avtomobil 1988-ci il təvəllüdlü Hörmət Nüsrət oğlu Nurullayevi vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Cəbrayıl rayon polis şöbəsində cinayət işi başlanılıb.