EN

Suriyada İŞİD-ə qarşı əməliyyat keçirilib

Suriyanın İdlib şəhərində İŞİD terrorçularına qarşı əməliyyat keçirilib.

“İki sahil” xarici mətbuata istinadən xəbər verir ki, terrorçulara pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub. Hücum zamanı qruplaşmasının bir üzvü öldürülüb, daha bir terrorçu isə yaralanıb.

Suriyanın kəşfiyyat orqanındakı mənbələr hücumun olmasını təsdiqləyiblər. Bildirilib ki, əməliyyat Sarmada kəndində baş verib. Motosiklet sürən iki İŞİD-çi hədəfə alınıb. Zərbə zamanı terrorçulardan biri öldürülüb, digəri isə xəsarət alıb. Mənbələr hücumun ABŞ istehsalı olan PUA ilə həyata keçirildiyini bildirib.

Chosen
7
7
ikisahil.az

8Sources