EN

TAP AG 2024-cü il üzrə Avropaya qaz tədarükünün həcmini açıqladı (ÖZƏL)

Bakı. Trend:

22 dekabr 2024-cü il tarixinə Transadriatik Boru Kəməri (TAP)Avropaya ümumilikdə 11.36 milyard kub metr qaz nəql edib.

Bunu TAP AG konsorsiumu Trendin sorğusuna verdiyi cavabda bildirib.

TAP AG-dan qeyd ediblər ki, boru kəməri ilə İtaliyaya 9.44milyard kubmetr, Yunanıstana 1.06 milyard kubmetr və Bolqarıstana0.78 milyard kubmetr təbii qaz tədarük olunub.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundayerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir.877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində(Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir vəbeləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatikdənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.

TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-ŞərqiAvropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ciilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan(IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazıBolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya,həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazınındaha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.

TAP-ın pay sahibləri bunlardır: BP (20 faiz), SOCAR (20 faiz),“Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz).

X: @Lyaman_Zeyn

Chosen
4
1
az.trend.az

2Sources