EN

Böyük Britaniyanın baş naziri Ukraynada səfərdədir- Gözləntilər

Kiyev və London arasında "yüzillik tərəfdaşlıq" haqqında müqavilə imzalanacaq.

Musavat.com xəbər verir ki, "The Guardian" qəzetinin məlumatına görə, bu müqavilə mövcud müdafiə əlaqələrini dərinləşdirəcək. AP xəbər agentliyi isə müqavilənin elm, ticarət və iqtisadiyyat sahələrini də əhatə edəcəyini bildirir.

Gözlənilir ki, Kir Starmer və Vladimir Zelenski Ukraynaya Böyük Britaniyanın verə biləcəyi təhlükəsizlik zəmanətləri barədə də müzakirələr aparacaqlar. Buraya Rusiya ilə atəşkəsdən sonra Ukraynada Britaniya sülhməramlılarının yerləşdirilməsi ehtimalı da daxildir.

Bu səfər Kir Starmerin Böyük Britaniyanın Baş naziri vəzifəsində Ukraynaya ilk səfəridir. O, daha əvvəl 2023-cü ilin iyulunda müxalifət lideri olaraq Kiyevə səfər etmiş və Vladimir Zelenski ilə iki dəfə Londonda danışıqlar aparmışdı.

Chosen
1
musavat.com

1Sources