ABŞ ilə strateji tərəfdaşlıq sazişinin imzalanması Ermənistanı müharibə ocağına çevirəcək.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
“Ermənistan-ABŞ strateji tərəfdaşlıq sənədi haqqında danışılanda insanlar əsasən onun bizə nə verəcəyindən danışırlar, amma bu sənədin Amerika üçün lazım olduğunu soruşmaq lazımdır. Sualı belə qoysaq, çox şey aydın olar. ABŞ Rusiya ilə münaqişədədir və təsir dairələri uğrunda mübarizə aparır. Ukraynada müharibə gedir, Gürcüstanda nələrin baş verdiyini görürük, Gürcüstanın qeyri-rəsmi lideri İvanişvili bəyan edir ki, onlara Rusiya ilə müharibəyə başlamaq təklif olunub, Suriyada da təsir zonaları uğrunda mübarizə gedir. O sənədə bu məntiqlə nəzər salanda məlum olur ki, bu, Rusiya və İrana qarşı təsir dairələri uğrunda mübarizədir.
Yəni ən mühüm nəticə ondan ibarətdir ki, biz Rusiya-Amerika, Amerika-İran mübarizəsinə bir mərhələ kimi daxil olmuşuq. Başqa sözlə, Gürcüstanın etməkdən imtina etdiyi şey indi biz edirik, müharibə ocağına çevrilirik. Bütün baş verənlər və ABŞ-yə lazım olan budur”, - ekspert bildirib.
İkinci mühüm məqam, Danielyanın fikrincə, nəqliyyat dəhlizləri uğrunda mübarizədir:
“Söhbət Şərq-Qərb dəhlizindən, yəni Sünikdən (Zəngəzur) keçən yoldan gedir. Bu, türk dünyasını birləşdirən yoldur.
Nəticə belə olacaq: biz bunun cavabını alacağıq və Ermənistan müharibə ocağına çevriləcək. Enerji resursları və iqtisadi baxımından hansı zərbələri alacağımızı nəzərdən keçirsən, iqtisadiyyat dalana dirənəcək. Artıq Rusiya və İran bu yöndə addımlar ata bilər”.
Politoloq İrəvanın Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsini təsdiqləməsinə və buna Rusiyanın sərt təpkisinə toxunaraq, ölkəsinin Avrasiya İqtisadi Birliyindən çıxarılmasının mümkünlüyünü qeyd edib:
“Bu, 2014-cü ildə Ukraynada baş verən eyni ssenaridir. Ukraynada “Maydan” Aİ-yə inteqrasiyaya görə başlamışdı. Başqa sözlə, ya qaz verilişi dayandırılacaq, ya da qaz 3-4 dəfə bahalaşacaq. Bu, Ermənistan iqtisadiyyatının durğunluğu, Ermənistan iqtisadiyyatının 12 milyarddan çox gəliri deməkdir. Bu da AİB ölkələri ilə iqtisadi əlaqələrlə bağlıdır. Biz bu bazarı itirəcəyik və bu, ciddi ictimai üsyana səbəb olacaq və qısa müddətdə Ermənistanda hakimiyyət dəyişəcək”.