EN

“Ermənistanın başladığı yeni strateji xəttlə bağlı Azərbaycan səfərbər olmalıdır, əks halda…”

“Azərbaycan Ermənistanın başladığı yeni strateji xəttlə bağlı səfərbər olmalıdır. ABŞ və NATO-nun Ermənistana texnologiyalar, hərbi, kəşfiyyat və peyk texnologiyaları sahəsində dəstəyi milli maraqlarımız üçün tam yeni təhdidlər yaradacaq”.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Ekspert qeyd edib ki, İkinci Qarabağ savaşından məğlub çıxan, kapitulyasiyaya imza atan Ermənistan ABŞ-la strateji anlaşma əldə edib və bununla da maraqlı və təhlükəli proseslər gedir:

Osman

“Ermənistan Avropa İttifaqına daxil olmağa start verməyinin ardınca daha bir müttəfiqlik əldə edib. Ötən gün Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, strateji tərəfdaşlıq haqqında Xartiyanı imzalayıblar.

Düşünürəm ki, müharibədən məğlub çıxan Ermınistanın qısa bir zamanda ABŞ kimi bir ölkə ilə strateji tərəfdaşlığa imza atması ağlasığmazdır. Görünür ki erməni lobbisi yenə öz sözünü deyir.

Yəni görünən odur ki Ermənistan tam sürətlə Rusiyadan qırılmaq , Avropa və ABŞ-a inteqrasiya yolunu tutub. Və artıq bunun real nəticələri var. Ağlasığmazdır ki, indi Ermənistan sərhədlərini NATO hərbçiləri qoruyacaq. Sərhədlərində monitorinqi Avropalılar aparır. Onların da arxasında Rusiyanın hərbi bazası var. Qəribə proseslər gedir Ermənistanda.

ABŞ və NATO-nun Ermənistana texnologiyalar, hərbi, kəşfiyyat və peyk texnologiyaları sahəsində dəstəyi regionda vəziyyəti kəskin dəyişə bilər. Bu artıq Hindistanın hansısa köhnəlmiş hərbi resursları deyil.

Fikrimcə texnologiyalar sahəsinda, hərbi-texniki və peyk texnologiyaları sahəsində milli maraqlarımız üçün tam yeni təhdidlər yaranacaq. Bu, təkcə hərbi sahədə deyil. MDB- də heç kimin NVİDİA həndəvərinə düşə bilmədiyi bir zamanda Ermənistan ikinci superkompüter mərkəzi açmağa hazırlaşır. Stateji tərəfdaşlıq güman ki Ermənistanın start vəziyyətini hədsiz gücləndirəcək.

Əgər Ermənistan hərbi-texnoloji sahədə ABŞ resurslarından da real istifadə imkanı əldə etsələr regionda böyük risklər qaçılmaz olacaq Şübhəsiz ki yeni imkanlar, texnologiyalar, hərbi-texniki resurslar əldə edən Ermənistanın revanş götürmək istəyi artacaq.

Azərbaycanın addımları necə olmalıdır?

Tramp bu sazişi dəstəkləsə, strateji partnyor olaraq regionda Ermənistanı seçsə regionda nələr baş verəcək?

Düşünürəm ki, Azərbaycan Ermənistanın başladığı bu yeni strateji xəttlə bağlı səfərbər olmalıdır. Ermənistanın daha da güclənməsindən, bu anlaşmalar işə düşməzdən öncə addımlar atılmalıdır. Avropa ilə, Qərblə problemləri tez bir zamanda həll etmək lazımdır. Yeni yaranmış situasiyaya uyğun çevik addımlar atılmalıdır”.musavat.com

Chosen
7
2
moderator.az

3Sources