EN

Nazir Rəşad Nəbiyev və BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdəsəfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqınınTelekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavazavailə görüşüb.

Trendxəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiməlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanla qurum arasında əməkdaşlıqməsələləri müzakirə edilib.

Ötən il Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində birgəfəaliyyət və bu ilin noyabrında ölkəmizdə keçiriləcək ÜmumdünyaTelekommunikasiyanın İnkişafı Konfransına hazırlıq prosesi haqqındafikir mübadiləsi aparılıb.

Chosen
21
az.trend.az

1Sources