EN

Masallı sakinindən 6 kq narkotik vasitə götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı Fariz Bağırov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Chosen
14
15
azpolitika.info

10Sources