EN

Zaporojyedə son sutkada yüzlərlə partlayış baş verib

Ukraynanın Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində bir gündə 418 partlayış baş verib. Bu barədə Ukrayna Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri İvan Fedorov Telegram kanalında məlumat yayıb.

O qeyd edib ki, rayonun 11 yaşayış məntəqəsi vurulub. Ukrayna rəsmisi qeyd edib ki, bölgə ərazisinə 245 pilotsuz uçuş aparatı, 148 artilleriya hücumu olub və 19 reaktiv yaylım atəşi sistemi (MLRS) zərbə endirib. Həmçinin 6 aviazərbə də həyata keçirilib.

Fedorovun sözlərinə görə, yerli hakimiyyət orqanları infrastruktur obyektləri də daxil olmaqla, 24 saat ərzində dəyən ziyanla bağlı 16 məlumat alıb. O əlavə edib ki, insidentlər nəticəsində heç bir mülki şəxs zərər çəkməyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural
Chosen
3
news365.az

1Sources