EN

Qəzzada daha bir jurnalist həyatını itirib

Bakı, TurkicWorld

İsrailin Qəzza Zolağına davam edən hücumlarında daha bir jurnalistin ölümü ilə indiyə kimi həlak olan mətbuat işçilərinin sayı 205-ə çatıb.

TurkicWorld xəbər verir ki , müxbir, redaktor və prodüser kimi fəaliyyət göstərən Əhməd əl-Şiyah Qəzzanın Xanın Yunis şəhərinin qərbindəki Mavasi bölgəsində İsrail döyüş təyyarələrinin həyata keçirdiyi bombardman nəticəsində həyatını itirib.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bəri İsrail hücumları nəticəsində Qəzzada ümumilikdə 205 jurnalist həyatını itirib. Hücumlar həm insan itkisinə, həm də mətbuat azadlığına ciddi təsir göstərir. Beynəlxalq təşkilatlar müharibə zonalarında jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinə dair çağırış edirlər.

Chosen
2
turkic.world

1Sources