EN

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olundu

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarəHeyətinin sədri vəzifəsinə təyinat olub.

Trend xəbərverir ki, bu vəzifəyə Fərid Osmanov təyin olunub.

Ona qədər isə bu vəzifəni 2023-cü ildən etibarən İnarə Vəliyevaicra edib.

Qeyd edək ki, Fərid Osmanov Azərbaycan Dövlət İqtisadUniversitetinin Maliyyə və kredit fakültəsində bakalavr vəmagistratura səviyyələrini bitirib. Həmçinin F. Osmanov AzərbaycanDövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinidünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrəbitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetindəinformasiya sistemləri və idarəetmə üzrə magistr dərəcəsi alıb.

O, 2005-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiyatexnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb,2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib.2020-ci ildən AMB-də baş direktor vəzifəsində fəaliyyətini davametdirib.

Fərid Osmanov 2024-cü ilin avqust ayından rəqəmsal inkişaf vənəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

Chosen
6
21
az.trend.az

10Sources