EN

Yaponiyada güclü zəlzələ gözlənilir » AzadMedia.az


Yaponiyanın cənubunda güclü zəlzələ ehtimalı 80%-ə yüksəlib.

Yaponiyada Honsyu adasının cənub-şərqində Nankay qırağında 8-9 bal gücündə güclü zəlzələnin baş vermə ehtimalı artıb. Bu barədə NHK telekanalı Yaponiya hökumətinin seysmik aktivliyin tədqiqi üzrə komissiyasının hesabatına istinadən məlumat yayıb.

Yaxın 30 ildə belə bir zəlzələnin baş vermə ehtimalı 80% qiymətləndirilir. Sənəddə deyilir ki, hesablamalara görə, 323 min insan sağ qala bilməyəcək.

Analitiklər diqqəti ona yönəldiblər ki, 40 il ərzində belə təbii fəlakət 90%, 50 il ərzində isə 90%-dən çox ehtimalla baş verə bilər.

Nankay qırağında 8 bal gücündə sonuncu güclü zəlzələlərdən biri 21 dekabr 1946-cı ildə baş verdi.

Yanvarın əvvəlində Daily Mail Kolumbiya Universitetinin araşdırmasına istinadən yazıb ki, 2025-ci ildə Amerika Birləşmiş Ştatları 9 bal gücündə zəlzələ və 30 metrlik sunami təhlükəsi ilə üzləşib. Mütəxəssislər diqqəti sahil boyu yerləşən qırılmanın təhlükəli seqmentlərinə cəlb ediblər - Şimali Kaliforniyadan Cənubi Kanadaya qədər. Onların məlumatına görə, burada zəlzələ baş verə bilər ki, bu da sunamiyə səbəb olacaq.
Chosen
10
12
azadmedia.az

10Sources