EN

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi gənc liderləri XII Qlobal Bakı Forumuna dəvət edir

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi gənc liderləri XII Qlobal BakıForumuna dəvət edir.

Bu barədə Trend-ə müsahibəsində Nizami Gəncəvi BeynəlxalqMərkəzinin (NGIC) PR və İT departamentinin rəhbəri Mehri Hüseynlideyib.

“Artıq 10 ilə yaxındır ki, Nizami Gəncəvi Beynəlxlaq MərkəziGənc Liderlər Proqramını (YLP) həyata keçirir və hər il təşkilolunan Qlobal Bakı Forumlarında ən aktual və qlobal problemlərləbağlı çıxış etmələri üçün onlara xüsusi rol verir. Bununla,Mərkəzimiz dünyanın müxtəlif ölkələrindən olan gənclərə özideyalarını nüfuzlu liderlərə, o cümlədən indiki və keçmişprezidentlərə, baş nazirlərə, beynəlxalq təşkilatların rəhbərlərinəvə Nobel mükafatçılarına təqdim etmək üçün misilsiz imkan təqdimedir. Bu platforma iştirakçılara dünya liderlərinin təcrübələrinidinləmək və onlardan öyrənməklə yanaşı öz perspektivlərinibölüşməyə imkan yaradır. Bu mübadilələr vasitəsilə gənc liderlərbeynəlxalq çağırışlar haqqında anlayışlarını genişləndirə, qlobalqərarların qəbulu ilə bağlı fikirlər əldə edə və dünyanı irəliyəaparmağa kömək etmək üçün təsirli həllər hazırlaya bilərlər”, -deyə o bildirib.

M. Hüseynli qeyd edib ki, yaradıldığı gündən bəri Gənc LiderlərProqramı geniş beynəlxalq nüfuz qazanıb və dünyanın 40 ölkəsindən250-dən çox gənc liderin iştirakı ilə uğurla həyata keçməyə davamedir.

“Diqqətinizə çatırmaq istəyirəm ki, Mərkəzimiz növbəti- XIIQlobal Bakı Forumuna hazırlaşır. 13-15 mart 2025-ci il tarixindəkeçiriləcək Forum üçün gənc liderlərin qeydiyyatı artıq açıq elanedilib. Mərkəz 18-35 yaş arası, siyasi, sosial, humanitar,iqtisadi, ekoloji, hüquqi, innovasiya və elmi sektordan olan, özsahələrində peşəkar fəaliyyətlərini davam etdirən gənclərinamizədliyini irəli sürməyə dəvət edir”,- deyə o əlavə edib.

Gender məsələləri ilə bağlı təşəbbüslər

M. Hüseynlinin sözlərinə görə, Mərkəz gender məsələlərinə həmişəxüsusi diqqət göstərib.

“Məlumunuzdur ki, həmsədrimiz Latviyanın sabiq prezidenti xanımVayra Vike-Frayberqadır, həmçinin üzvlərimizin və idarə heyətimizinböyük əksəriyyəti qadınlardan ibarətdir. Onlar LİMA GenderProqramı, “GWL Voices”, “Vital Voices” və “GIWPS” kimi aparıcıgender təşkilatlarının idarə heyətlərində də fəal iştirak edirlərki, bu da gender bərabərliyini təşviq etməkdə bizim qlobalöhdəliyimizi daha da gücləndirir”,- o vurğulayıb.

M. Hüseynli qeyd edib ki, Mərkəz, Qlobal Bakı Forumlarında vədünyanın müxtəlif ölkələrində təşkil etdiyi Ali Səviyyəlitoplantılarda gender bərabərliyinə daim önəm verib.

“Xüsusi olaraq, 2024-cü ilin sentyabr ayında, BMT BaşAssambleyası zamanı Mərkəzin təşkil etdiyi 30-cu Ali-SəviyyəliToplantısını qeyd etmək istəyirəm. Nyu-Yorkda keçirilən butoplantımızda Mərkəzimiz BMT-nin Qadınlar təşkilatı (UN Women) iləbirgə “Multilateral sistemdə qadınların rolu və liderliyi” adlıpanel təşkil etdi. Bu paneldə UN Women-in icraçı direktoru xanımSima Bahos başda olmaqla, digər nüfuzlu xanım liderlər də iştiraketdi. Əlavə olaraq qeyd etmək istərdim ki, ölkəmizin ev sahibliyietdiyi COP29 tədbiri çərçivəsində Mərkəzimiz adlarını sadaladığımbeynəlxalq təşkilatlarin rəhbərləri birgə müxtəlif tədbirlər təşkiletmişdir”, - o deyib.

M.Hüseynli əlavə edib ki, bu tədbirlərdə Mərkəzin həmsədri,Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Frayberqa,Finlandiyanın sabiq prezidenti xanım Tarya Halonen, BMT BaşAssambleyasının 73-cü prezidenti xanım Maria Fernanda Espinosa,İrlandiyanın ilk qadın prezidenti xanım Meri Robinson, BöyükBritaniyanın sabiq baş naziri xanım Tereza Mey, AzərbaycanRespublikasının Milli Məclisinin deputatı, Ailə, qadın və uşaqməsələləri komitəsinin sədri Hicran xanım Hüseynova, BMT-ninCOP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu NigarArpadarai, UN-Habitatın icraçı direktoru, Kuala Lumpur şəhərininmeri xanım Maimuna Mohd Şərif, Malavinin sabiq prezidenti xanımCoys Banda, Gürcüstanın sabiq baş nazir müavini xanım EkaTkeşelaşvili kimi görkəmli qadın liderlər çıxış etmiş və genderbərabərliyinin təşviqi ilə bağlı mühüm mövzular müzakirəedilmişdir.

Chosen
4
az.trend.az

1Sources