Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə xüsusi icazə olmadıqda, habelə bu xüsusi icazədə nəzərdə tutulan şərtlər pozulduqda atmosfer havasına zərərli maddələrin atılması və zərərli fiziki təsir qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılır, dayandırılır və ya ona xitam verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.
Atmosfer havasının mühafizəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən yeni texnikanın, texnologiyanın, avadanlıqların, texniki vasitələrin, materialların, məmulatların, digər məhsulların tətbiqi və istifadə edilməsi qadağandır.