EN

Amerikada oliqarxiya formalaşır - Bayden

Bakı, TurkicWorld

ABŞ Prezidenti Co Bayden dörd illik prezidentlik müddətinin başa çatmasına az qalmış xalqa vida nitqində bir sıra kritik məsələlərə toxunub.

TurkicWorld xəbər verir ki , o, ölkə daxilində yeni oliqarxiyanın yüksəlişi barədə xəbərdarlıq edərək, beynəlxalq səviyyədə əldə edilən uğurları da vurğulayıb.

Bayden, Qəzzada İsrail və HƏMAS arasında əldə edilən atəşkəsi öz administrasiyasının uğuru kimi təqdim edib.

Atəşkəs planının onun komandası tərəfindən hazırlandığını və gələcək administrasiyanın bunu həyata keçirəcəyini vurğulayan Bayden, gələcək prezident Donald Trampın rəhbərlik edəcəyi administrasiyanın bu məsələdə onun komandasına borclu olduğunu qeyd edib.

Prezident, ABŞ-da yeni bir oliqarxiyanın formalaşması və texnoloji-sənaye kompleksinin yüksəlişindən narahat olduğunu vurğulayıb.

Süni intellektin (AI) müsbət potensialını qəbul etsə də, bu sahədə lazımi tənzimləmələr olmazsa, ciddi təhlükələr yarana biləcəyini qeyd edən Bayden, süni intellekt texnologiyalarında ABŞ-ın liderliyini qorumağın vacibliyini vurğulayıb.

Bayden keçmiş prezident Duayt Eyzenhauerin hərbi-sənaye kompleksi ilə bağlı xəbərdarlığını xatırladaraq, bugünkü texnoloji-sənaye kompleksini eyni səviyyədə təhlükə kimi qiymətləndirib.

Nitqin sonunda prezident Amerikanın fundamental dəyərlərinin güclü olduğunu və xalqın gələcəyə inamını qorumaq lazım olduğunu vurğulayıb.

Chosen
4
turkic.world

1Sources