EN

Netanyahu, İSTEFA VER! - İsrailli məhbusların yaxınları Təl-Əvivə toplaşdı

Təl-Əvivdə Müdafiə Nazirliyinin binası qarşısında çoxlu sayda insan İsrailin baş naziri Benyamin Netanyahu və hökumətə qarşı nümayiş keçirib.

Turkustan.az xəbər verir ki, İsrail və HƏMAS atəşkəs və Qəzzada girovların azad edilməsi barədə razılığa gəldikdən sonra İsrail məhbuslarının yaxınları Tel-Əvivə toplaşıb.

israilli məhbusların qohumları İsrailin baş naziri Netanyahu və hökumətini aylardır hər şənbə axşamı istefaya çağıraraq onlardan Qəzzada Həmas tərəfindən saxlanılan israilli girovları xilas etmək üçün daha çox səy göstərmələrini tələb edirlər.

Mühasirəyə alınan Qəzza zolağındakı məhbusların qohumları və onlara dəstək verən insanlar HƏMAS-ın nəzarətində olan məhbusların tez bir zamanda evlərinə qayıtmasını tələb ediblər.

Aytən Yaşar/ Turkustan.az

Chosen
3
turkustan.az

1Sources