Azərbaycanın irəli sürdüyü regional və beynəlxalq layihələr Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
“APA-Economics” xəbər verir ki, bunu TDT-nin Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.
O bildirib ki, Bakı-Tiblisi-Qars Dəmiryolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizləri və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın tranzit potensiyalını artıraraq TDT-nin iqtisadi inteqrasiyasının dərinləşməsində önəmli rol oynayır.