EN

Sənubər Nəzərovaya vəzifə verildi

Sənubər Nəzərova "Veysəloğlu" Şirkətlər Qrupunda Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri vəzifəsinə təyin edilib. 

Mill.Az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Məhəmmədəli Qəribli məlumat verib. 

O qeyd edib ki, S.Nəzərovanın əsas fəaliyyət istiqaməti şirkətin PR strategiyasını idarə etmək və korporativ tədbirlərin təşkilindən ibarət olacaq. 

Xatırladaq ki, S. Nəzərova bu təyinatdan əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi kimi fəaliyyət göstərib. 

Milli.Az

Chosen
6
35
milli.az

10Sources