EN

Bütün məktəblərdə qadağan olunsun – Ekspert


Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazların istifadəsi qadağan olunub. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı məlumat paylaşıb.

BEY.AZ xəbər verir ki, mövzu ilə əlaqədar təhsil tədqiqatçısı Elmin Nuri sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, mobil telefonlar xüsusi hallar istisna olmaqla, hazırda bütün məktəblərdə deyil, “Şagird davranış qaydaları”nın tətbiq olunduğu 300 məktəbə aiddir. Amma məsələnin başqa tərəflər də var:

“Hazırda “Şagird davranış qaydaları”nın əhatə etdiyi məktəblərin sayı artırılır və ümid edirik ki, qarşıdakı dönəmlərdə bu, bütün məktəblərə şamil olunacaq. Bu gün məktəblərdə mobil telefonların qadağası çox vacibdir. Ən azından, son bir neçə ildə ondan çox ölkə analoji addımı atıb. İnanırıq ki, qarşıdakı illərdə həm “Şagird davranış qaydaları”, həm də mobil telefon qadağası bütün məktəblərdə xüsusi hallar istisna olmaqla və şagirdə zəruri hallarda telefonla əlaqə imkanı yaradılmaqla tətbiq olunar”.

Sevinc İbrahimzadə / BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Chosen
2
1
Bey.az

2Sources