EN

Böyük Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər

Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron gizli şəkildə Ukraynaya qoşun yeritməyi müzakirə edirlər.

Bu barədə “The Telegraph” mənbələrə istinadən yazır.

“Ser Keir Starmer və Emmanuel Macron münaqişəni sona çatdırmaq üçün mümkün razılaşma əldə etdikdən sonra Britaniya və Fransa əsgərlərinin sülhməramlı qüvvələr kimi Ukraynaya göndərilməsini müzakirə edirlər”, – materialda deyilir.

Qeyd olunur ki, bu danışıqların təfərrüatları hələ də gizli saxlanılır.

Qəzetin mənbələrinə görə, Starmer hələ yekun qərar verməyib, Makron isə bu ideyanı dəstəkləyir.

DOĞRU.AZ

Chosen
4
dogru.az

1Sources