EN

DGK sədri: Azərbaycanın irəli sürdüyü layihələr TDT ilə əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir

Bakı, 16 yanvar, AZƏRTAC

Bakı-Tiblisi-Qars dəmiryolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizləri və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın tranzit potensiyalını artıraraq Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi inteqrasiyasının dərinləşməsində önəmli rol oynayır.

AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.

DGK sədri qeyd edib ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatında qarşılıqlı fəaliyyətə xüsusi önəm verir: “Azərbaycanın irəli sürdüyü regional və beynəlxalq layihələr TDT ilə əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir”.

Chosen
7
2
azertag.az

3Sources