EN

Damarına basan peşman olur - Ən əsəbi insanlar bu qan qrupundan çıxır

Qan qruplarının sağlamlıqla yanaşı, davranışlar və xasiyyət üzərində də təsirli olduğu son dövrlərdə daha çox qəbul edilir. Elm adamlarının apardığı tədqiqatlar göstərir ki, xüsusilə əsəb səviyyəsi kimi emosional vəziyyətlər müəyyən qan qrupları ilə əlaqəli ola bilər.

Milli.Az xəbər verir ki, araşdırmalara görə ən çox əsəbləşən insanlar B qan qrupuna aid şəxslərdir.

Psixoloqlar bildirirlər ki, B qan qrupuna aid şəxslər stresli və rəqabət dolu mühitlərdə daha aqressiv davranışlar göstərə bilərlər. Bu şəxslərin ətraf mühitin mənfi təsirlərinə daha həssas olduqları, bunun isə onları emosional baxımdan daha çox sarsıtdığı qeyd olunur. Həmçinin, bu şəxslərin cəmiyyətin mənfi münasibətləri ilə qarşılaşdıqda daha çox yalnızlıq hiss etməsi müşahidə olunub.

Bununla belə, bu şəxslərin yalnız mənfi deyil, həm də güclü və müsbət xüsusiyyətlərini nəzərə almaq vacibdir. Tədqiqatçılar bildirirlər ki, ətraf mühit faktorları ilə yanaşı, fərdi xüsusiyyətlər də nəzərə alınmalı və B qan qrupuna malik şəxslərin emosional tarazlıq qurması üçün dəstək göstərilməlidir.

İsmayıl
Milli.Az

Chosen
2
1
milli.az

2Sources