EN

Bir dövrün sonu: “Nokia” smartfon bazarını tərk edir

Müəllif:Ayşən İmanova/Banco.az

“HMD Global” korpirasiyası “Nokia” brendi altında smartfon istehsalını və satışını dayandırıb.

Banco.az xəbər verir ki, bu addım 2017-ci ildən brend adı altında telefon istehsal etmək hüququna malik olan “HMD Global” şirkətinin saytından bütün “Nokia” smartfon və planşetlərinin silinməsi ilə təsdiqlənib.

“Windows Phone” və “Android” smartfonları kimi yeni model və texnologiyaları ilə itirilmiş mövqelərini bərpa etmək cəhdlərinə baxmayaraq, “Nokia” “Apple” və “Samsung” kimi nəhənglərlə rəqabət apara bilməyib. Nəticədə, onun bazar payı son illərdə azalmağa davam edib.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
9
banco.az

1Sources