EN

“QORQUDA” YAŞA DEYİRƏM! - Etibar Əliyevin yazısı

Etibar Əliyev,

fəlsəfə üzrə fəlsəfə doktoru

Dünya sürətlə dəyişir. Yaxşı bir deyim var: "İnformasiya-biliyin təqdimatıdır"! Texnologiyaların sürətli inkişafı insanların müxtəlif mənbələrdən biliklər qazanmasına motivasiya yaradır. Coxcildli kağız variantda çap olunan Ensiklopediyalara maraq azalmayıb. Lakin elektron ensiklopediyalar da milyonlarla izləyici qazanıblar. Azərbaycan haqqında öz dilimizdə və digər dillərdə zəngin və məzmunlu informasiyaların hazırlanması, elektron ensiklopediyalarda yerləşdirilməsi böyük intellektual zəhmət və sözün əsl mənasında vətənpərvərlik tələb edir.

Yeri gəlmişkən, dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 24 ili tamam oldu. “Vikipediya” 340 dildə mövcud olan və viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən daim inkişaf etdirilən ensiklopediyadır.

“Vikipediya” platformasının Azərbaycan dili bölməsinin zənginləşdiriməsi və informasiyaların kəmiyyət və keyfiyyətinin sürətlə artımı qarşımızda duran əsas məsələlərdən biri olmalıdır. Azərbaycanda bu platformanın bizi qane edəcək formada fəaliyyət göstərməsində sabiq millət vəkili Elnur Allahverdiyevin misilsiz xidmətləri vardır. Ötən ilin yalnız dekabr ayında “Vikipediya”nın Azərbaycan dilindəki səhifələri 33 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 389 milyona çatıb.

1Sources