EN

Klinton, Buş və Obama Trampın dəvətindən İMTİNA ETDİLƏR

Amerikanın keçmiş liderləri - 42-ci prezident Bill Klinton, 43-cü prezident Corc Buş və 44-cü prezident Barak Obama yeni seçilmiş prezident Donald Trampın yanvarın 20-də keçiriləcək inauqurasiya mərasiminin nahar  yeməyində  iştirak etməyəcəklər.

Modern.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Məlumatına görə, Obama və Klinton artıq yeməyə dəvət alıblar, lakin iştirak etməyi planlaşdırmırlar. Keçmiş birinci xanım və sabiq dövlət katibi Hillari Klintona da dəvət göndərilib, lakin o da tədbirə qatılmaqdan imtina edib.

Bununla belə, hər üç keçmiş prezident Trampın gələn bazar ertəsi keçirləcək andiçmə mərasimində iştirak edəcəklər, - NBC xəbər verib.

Bir qayda olaraq, yeni dövlət başçısının andiçmə mərasimində çıxışından sonra səlahiyyət müddəti başa çatan prezident Vaşinqtonu tərk edir. Yeni prezident isə sələfi ilə vidalaşdıqdan sonra 1953-cü ildə ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer tərəfindən əsası qoyulmuş ənənənin ilk naharının keçirildiyi Kapitoliyə qayıdır.

Chosen
6
2
modern.az

4Sources