EN

9 ballıq zəlzələ olacaq, 323 min adam öləcək XƏBƏRDARLIQ

11:19 16.01.2025
11:19 16.01.2025

Yaponiyada Honsyu adasının cənub-şərqində, Nankay qırağında 8-9 bal gücündə güclü zəlzələnin baş vermə ehtimalı artıb.

Mynews.az xəbər verir ki, bu barədə NHK telekanalı Yaponiya hökumətinin seysmik aktivliyin tədqiqi üzrə komissiyasının hesabatına istinadən məlumat yayıb.

"Yaxın 30 ildə belə bir zəlzələnin baş vermə ehtimalı 80% qiymətləndirilir. Hesablamalara görə, 323 min insan sağ qala bilməyəcək", - deyə sənəddə deyilir.

Analitiklər belə bir təbii fəlakətin 40 il ərzində baş vermə ehtimalının 90%, 50 il ərzində isə 90%-dən çox olduğunu qeyd ediblər.

Xatırladaq ki, Nankay qırağında 8 bal gücündə sonuncu güclü zəlzələlərdən biri 21 dekabr 1946-cı ildə baş verib.


Chosen
2
2
mynews.az

3Sources