İsrail Silahlı Qüvvələrinin Qəzza şəhərində yaşayış evlərinə endirdiyi zərbələr nəticəsində ən azı doqquz nəfər həlak olub.

İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Bildirilir ki, şəhərin qərb hissəsindəki Rimal rayonunda beş nəfər həlak olub, ən azı 10 nəfər yaralanıb, Qəzzanın mərkəzindəki Əd-Dərac məhəlləsində isə dörd nəfər ölüb.