EN

PUA yerinə helikopteri vuran rus zabit cəzalandırdıldı

Rusiyanın Hava Hücumundan MüdafiÉ™ zabiti Ä°qor PaÅŸkov Ukrayna Silahlı QüvvÉ™lÉ™rinin (AFU) Krım yarımadasına iddia edilÉ™n hücumunun dÉ™f edilmÉ™si prosesindÉ™ göstÉ™rdiyi sÉ™hlÉ™nkarlığa görÉ™ cÉ™zalandırılıb. 

Oxu24.com xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ Rusiya KÄ°V mÉ™lumat yayıb. 

Məlumata görə, rus zabit Ukrayna pilotsuz uçan aparatının əvəzinə Rusiyanın Mi-8 helikopterini vurub.

Hadisə nəticəsində 3 nəfər həlak olub və helikopter Qara dənizə düşüb. Hərbçi 2 il 9 ay müddətinə cəzaçəkmə müəssisəsində qalıb. Məhkəmə Müdafiə Nazirliyinin ondan təxminən 200 milyon rublun (vurulan helikopterin dəyəri) geri alınması tələbini rədd edib.

Bundan başqa, hava hücumundan müdafiə bölməsinin operativ növbətçi komanda məntəqəsinin baş köməkçisi bir il müddətinə dövlət qulluğunda və yerli özünüidarəetmə orqanlarında təşkilati-inzibati funksiyaları təmin edən vəzifələr tutmaq hüququndan məhrum edilib.

Chosen
3
1
oxu24.com

2Sources